sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Yaponiya Rusiyanın daha 80 şirkətinə qarşı sanksiya tətbiq edib - SİYAHI

25-03-2022, 11:23 200 dəfə baxılıb

Yaponiya Rusiyanın daha 80 şirkətinə qarşı sanksiya tətbiq edib - SİYAHI


Oxu.az xəbər verir ki, Yaponiya hökuməti Rusiyanın daha 80 şirkətinə qarşı ixrac sanksiyalarının tətbiqini təsdiqləyib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə deyilir.

Sanksiya siyahısına Miass avtomobil zavodu, “Vımpel” gəmiqayırma zavodu, Amur gəmiqayırma zavodu, “Baykal Electronics” elektronika istehsalçısı, “Strela” istehsalat birliyi kompleksi, “Zvezda” maşınqayırma zavodu və başqaları daxildir.

Yaponiya artıq Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib, onlardan sonuncusu martın 18-də olub. Həmin sanksiya siyahısına Rusiyadan 15 fiziki və 9 hüquqi şəxs, o cümlədən “Rosneft-Aero”, “Rosoboroneksport”, “Vertolyotı Rossii”, Birləşmiş Aviasiya İnşaat Korporasiyası (OAK), “Uralvaqonzavod” daxil edilib. Bundan əvvəl “Transneft”in rəhbəri Nikolay Tokarev, biznesmenlər Əlişir Usmanov, Gennadi Timçenko, Yevgeni Priqojin və onun ailə üzvləri, Boris Rotenberq və onun oğlu Roman, həmçinin Arkadi Rotenberqin oğlu İqora sanksiya tətbiq edilib.

Bundan başqa, RF Prezidenti Vladimir Putin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov və başqaları da sanksiyalara məruz qalıblar.

Belə ki, Yaponiyanın sanksiyalar siyahısına artıq Rusiyadan 101 ad və 130 təşkilat daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO