sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Borrell: “Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır”

18-02-2022, 08:26 187 dəfə baxılıb

Borrell: “Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır”


Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır və ehtiyac yaranarsa, təsdiqlənməsi üçün irəli sürüləcək. 

Bu barədə Aİ rəsmisi bəyan edib.

O deyib: “Biz hələ də diplomatik prosesin müsbət nəticəsinə inanırıq. Bütün səylərimizi buna yönəldəcəyik. Bununla yanaşı, artıq sanksiyalar paketini də Aİ Şurasına təqdim etmək üçün tam hazırlamışıq.  Ehtiyac yaranan kimi mən bu paketi təqdim edəcəyəm. Təcavüz baş verərsə, dərhal Xarici İşlər Nazirləri Şurasını çağıracağam. Sanksiya paketi təklif etmək üçün yekdil qərar tələb olunsa da, əminəm ki, Şura bunu təsdiq edəcək Enerji məsələləri bu paketin ən mühüm hissələrindən biri olacaq. Amma onların tətbiqi məqamı gələnə qədər mən sizə sanksiyaların məzmunu barədə məlumat verə bilmərəm”, - deyə Aİ rəsmisi bəyan edib.

Borrell həmçinin əlavə edib ki, Aİ liderləri qeyri-rəsmi görüşdə Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar məsələsində birlik nümayiş etdiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO