sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Ərəb liderlər Baydendən imtina ediblər

9-03-2022, 15:30 173 dəfə baxılıb

Ərəb liderlər Baydendən imtina ediblər


Vaşinqtonun Rusiyaya qarşı qarşıdurmaya beynəlxalq dəstəyi gücləndirməyə çalışdığı bir vaxtda Ağ Ev ABŞ prezidenti Co Bayden ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin “de-fakto” liderləri arasında telefon danışıqlarını təşkil etmək cəhdi  uğrusuz alınıb.

 “Wall Street Journal” xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin Şeyxi Məhəmməd bin Zayed hər ikisi Baydenlə danışmaqdan imtina ediblər.

Mətbu orqanının yazdığına görə, bununla belə, şahzadə və şeyx keçən həftə Rusiya prezidenti Vladimir Putinlə, həmçinin Vladimir Zelenski ilə danışıblar.

Nəşrin məlumatına görə, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqdan imtina edir və OPEK və Rusiyanın başçılıq etdiyi istehsalçılar qrupunun təsdiq etdiyi plana sadiq qalır.

Rəsmilər Əbu-Dabi və Ər-Riyadın husilərin Yəməndəki raket zərbələrinə ABŞ-ın “təmkinli” cavabından və İranla nüvə sazişinin dirçəldilməsindən narahat olduqlarını bildiriblər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO