sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Cozef Bayden Ukraynaya səfər etmək istəyir

3-04-2021, 09:45 202 dəfə baxılıb

Cozef Bayden Ukraynaya səfər etmək istəyir


ABŞ prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazırdır.
Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib. Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında ilk telefon söhbəti olub.

"Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Cozef Bayden əlavə edib ki, Ukraynaya yenidən səfər etmək imkanını gözləyir, həmçinin Ukrayna parlamentində öz çıxışını xatırladı", - Yermak feysbukdakı səhifəsində yazıb.

ABŞ-ın Ağ Evin saytında yerləşdirilən məlumata görə, Bayden və Zelenski müstəqilliyin əhəmiyyəti və Ukraynanın ərazi bütövlüyü haqqında danışıblar.

Ölkə liderləri ümumi demokratik dəyərlərə əsaslandırılan islahatlar proqramları üzərində birgə işləyəcəklərini təsdiqləyiblər.

Bundan başqa, Bayden və Zelenski Birləşmiş Ştatların və Ukraynanın pandemiyanın qarşısının alınması, həmçinin regionda demokratiyanın gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq haqqında danışıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO