sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Çin də bu ölkəyə daxil olacaq - Tramp əmindir

3-03-2022, 16:00 150 dəfə baxılıb

Çin də bu ölkəyə daxil olacaq - Tramp əmindir


ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Çin Tayvanı işğal edəcək.

Bunu Tramp “Fox Business”ə müsahibəsində deyib.

“Çünki onlar ABŞ-ın necə axmaq idarə edildiyini görürlər. Onlar görürlər ki, bizim liderlər bacarıqsızdırlar. Əlbəttə hesab edirlər ki, artıq  vaxtıdır”, - Tramp qeyd edib.

Bayden administrasiyasının yürütdüyü siyasəti, qoşunların Əfqanıstandan çıxarılmasını yanlış  addım hesab edən Tramp bildirib ki, Çin rəhbəri Si Tsinpin indi əsas diqqətini ABŞ-da yürüdülən siyasətə yönəlib. 

“O,  Əfqanıstanda baş verənlərə,  bizim Əfqanıstanı necə tərk etdiyimizə və geridə 85 milyard dollar və ölüm qoyduğumuzu, hələ də çıxmağa çalışan Amerika vətəndaşlarını orada qoyduğumuzu görür. Bunu gördüyü üçün hesab edir ki, uzun müddətdir etdiyini həyata keçirməyin zamanıdır... Çin onilliklərdir ki, bunu etmək istəyir”, - o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO