sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Moskva müharibəyə hazırlaşır? - Putindən "vaxtında çatdırın" tapşırığı

11-11-2021, 11:51 140 dəfə baxılıb

Moskva müharibəyə hazırlaşır? - Putindən "vaxtında çatdırın" tapşırığı


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sovet İttifaqı (SSRİ) dönəmində ABŞ ilə imzalanan müqavilələr çərçivəsində dayandırılan S-550 hava hücumundan müdafiə sistemini inkişaf etdirməyə başladıqlarını açıqlayıb.

Tass xəbər verir ki, bunu Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinlə son görüşlə bağlı keçirdiyi brifinq  zamanı deyib.

Onun sözlərinə görə, Soçidə Putin Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmilərinə və Rusiya müdafiə sənayesi təşkilatlarının rəhbərlərinə S-350, S-500 və S-550 yerüstü zenit -raket komplekslərinin vaxtında hazırlanıb çatdırılmasının vacibliyini vurğulayıb. 

“Prezident Putin yerli raket əleyhinə müdafiə sistemlərinin inkişafının və Silahlı Qüvvələrə S-350, S-500 və S-550-lərin tədarükünün təkmilləşdirilməsinin vacibliyini xüsusi vurğuladı”, - Şoyqu deyib.

S-550 yüksək hava hücumundan müdafiə sistemi 1981-1988-ci illərdə SSRİ-də hazırlanıb. Bu silahlar SSRİ - ABŞ hərbi razılaşmaları əsasında dayandırılıb. Sistemin prototipində quraşdırılmış avadanlıq 1992-ci ildən sonra sökülüb. Sovet İttifaqının dağılmasından sonra layihə tamamilə dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO