sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Erməni deputatdan "Qarabağsız Ermənistanın gələcəyi yoxdur" fikrinə kəskin etiraz: "Azərbaycan ərazisidir"

27-10-2021, 10:12 160 dəfə baxılıb

Erməni deputatdan "Qarabağsız Ermənistanın gələcəyi yoxdur" fikrinə kəskin etiraz: "Azərbaycan ərazisidir"


“Əsas məqsəd Qarabağ yox, Ermənistan olmalıdır”.

Bunu  Ermənistan parlamentinin deputatı Vigen Xaçatryan  açıqlamasında deyib.

“O zaman belə çıxır ki,  Ermənistanın gələcəyini Qarabağ müəyyən edir. Qarabağ varsa, Ermənistan olacaq, Qarabağ yoxdursa, Ermənistan da olmayacaq. Bu siyasi mövqe baxımından yanlışdır...”, - erməni deputat Vigen Xaçatryan deyib.

Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edən Vigen Xaçatryan bəyan edib ki, "Qarabağsız Ermənistanın gələcəyi yoxdur" tezisini təbliğ etmək çox təhlükəlidir.

Xaçatryan erməni cəmiyyətini belə iddialardan əl çəkib reallığa nəzər salmağa çağırıb. 
Onun sözlərinə görə, bu ərazilərin Ermənistan ərazisi sayılmasından söhbət gedə bilməz, bu insanların Azərbaycanın tərkibində gələcəyindən danışmaq lazımdır.

“Qarabağ məsələsi daxili siyasi mübarizənin predmetinə çevrilməməlidir. Qarabağ münaqişəsinin həllinə yanaşmalar manipulyasiya mexanizminə, vətəndaşların gözündə xoşuna gəlmək və ya xal qazanmaq yoluna çevrilməməlidir. Bu yolverilməzdir, eyni nəticələrə nail olmaq üçün bir çox başqa yollar var”, - o vurğualyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO