sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Qışda dünyanı yeni böhran gözləyir - Nüfuzlu nəşr

5-10-2021, 16:00 172 dəfə baxılıb

Qışda dünyanı yeni böhran gözləyir - Nüfuzlu nəşr


Dünyada qlobal böhrana son vaxtlarda enerjinin, xüsusən də qazın qiymətinin artması, o cümlədən bir sıra tədarük məhsullarının qiymətinin artması və qıtlığa səbəb olacağı pronozlaşdırılır.

“Belə bir qənaətə “Bloomberg” mətbu orqanı gəlib.

Bloomberg-in jurnalisti Maykl Uinfrinin (Winfrey) yazdığına görə, COVID-19 pandemiyası bəşəriyyət üçün böyük bir böhran oldu. Artıq bütün dünyada taxıldan tutmuş kompüter çiplərinə qədər əksər malların tədarükündə problemlər var. Ancaq bəzi ölkələrin başqa problemləri də var. Məsələn, İngiltərə kəskin yanacaq çatışmazlığı ilə üzləşib. Sürücü çatışmazlığı səbəbindən supermarketlər boşdur. Jurnalist yazır: “Problemlər planetimizin digər ölkələrini də təhdid edir”.
Onun sözlərinə görə, bu qışda Şimal yarımkürəsində temperatur rejimi fərqli bazarlara təsir edəcək. Meteoroloqların ən bədbin proqnozları gerçəkləşərsə, enerji resurslarının qıtlığı tam miqyaslı böhrana səbəb olacaq.

Uinfri hesab edir ki, bu isə resurslar uğrunda “davalara” səbəb olacaq. Beləliklə, Çin kvotaları aşan kömür tədarükünü təmin etmək barədə göstəriş verib. Avropada qaz və elektrik enerjisinin qiymətlərində rekord artma müşahidə olunur. Bu da öz növbəsində qitənin Hollandiyadakı ən böyük istixana şəbəkəsinin bağlanmasına səbəb olub. İstixananın bağlanması isə ərzaq tədarükünə təsir göstərə bilər.

Bununla belə Fransa hakimiyyəti tənzimlənən qaz tariflərinin artırılmasını qadağan edib və elektrik enerjisinə olan vergini azaldıb. Bundan əlavə olaraq  dünyada buğda ehtiyatları azalır və taxıl istehsalı ilə bağlı proqnozlar daha da pisləşir.

Sonda jurnalist keçən qışın pandemiya səbəbindən çox ağır olduğunu qeyd edərək, insanları bu il  vəziyyətin yaxşılaşmasını gözləməməyə çağırıb.

Sentyabr ayında “The Guardian” yazırdı ki, əgər karbon qazı tullantıları azalmazsa, əsrin sonuna qədər onun hər tonu dünya iqtisadiyyatına üç min dollar ziyan vuracaq.

Kembric Universiteti, London Universiteti Kolleci və London İmperial Kollecinin mütəxəssisləri, həmçinin İsveçrə, Almaniya, ABŞ və Avstriyadan olan beynəlxalq tərəfdaşlar tərəfindən aparılan araşdırmalar 21 -ci əsrdə dünya iqtisadiyyatının çirklənmənin qarşılığını artıq ödədiyib. Bu səbəbdən də dünya ÜDM-i 37 faiz azalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO