sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər - FOTO

5-02-2021, 11:13 225 dəfə baxılıb

Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər - FOTO


“Hələlik yeni xəbər yoxdur, bizim məsələlərimiz aydınlaşana qədər aeroportda qalacağıq”.
“Report” xəbər verir ki, bu barədə Rusiyadan Ermənistana deportasiya edilmiş ermənilərdən biri "Zvartnos" aeroportunda bildirib.

"Biz pulumuzu xərclədik və işlərimizin dalınca getmək istəyirik. Aeroportdan heç bir cavab yoxdur", - o əlavə edib.

Aeroportda gecələyən digər erməni qeyd edib ki, onları gözləməyə çağırırlar. "Nə vaxta qədər gözləmək olar? Biz uşaq deyilik ki, oyuncaqlar versinlər, burada oturtsunlar, oynayaq və gözləyək", - o vurğulayıb. Rusiyadan deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, məsələ həll edilməlidir.

"Tələbimiz deportasiya qərarının ləğv olunması, biletlərin bərpasıdır ki, orada problemlərimiz yaranmasın", - o deyib. Qeyd edib ki, Rusiyada onlara saxta sənədə görə deportasiya edildiklərini bildiriblər.

“Məsələmiz həll olunmayınca gözləyəcəyik. Heç birimiz buradan getməyəcək, burada gecələyəcəyik", - o qeyd edib.

Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

Onlar aeroportda gecələyirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO