sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

ABŞ Ukraynanın “dərinliklərə zərbə” arqumentlərini inandırıcı hesab etmir - WP

25-09-2024, 08:33 8 dəfə baxılıb

ABŞ Ukraynanın “dərinliklərə zərbə” arqumentlərini inandırıcı hesab etmir - WP


Ağ Ev və Pentaqon rəsmiləri bildiriblər ki, Ukrayna liderləri Rusiya hədəflərinin uzaqmənzilli raketlərlə hədəfə alınmasının müharibənin gedişinə əhəmiyyətli təsir göstərəcəyinə dair inandırıcı arqumentlər irəli sürməyiblər.

Bu barədə "The Washington Post” məlumat verib.

ABŞ rəsmiləri bildirirlər ki, Ukraynanın Krımdakı hədəflərə əvvəlki hücumları effektiv olub - Rusiya qoşunlarını yarımadadan geri çəkilməyə məcbur edilib. 

Amerikalı nümayəndələrdən biri qeyd edib ki, Ukraynanın hazırkı tələbi Rusiyadan eskalasiya riskini doğrultmur.

O vurğulayıb ki, raket ehtiyatı məhduddur və Rusiya avia bombalar buraxan təyyarələrin 90%-ni ATACMS raketlərinin əhatə dairəsindən kənara çıxarıb. Bununla da, ABŞ-ın uzaqmənzilli silah siyasətində dəyişiklik döyüş əməliyyatlarına ciddi təsir etməyəcək.

Bununla belə, avropalı hərbi rəsmilər və diplomatlar bu yanaşmaya etiraz edərək, Rusiyaya qarşı daha uzaq məsafədən zərbələrin münaqişəyə daha çox təsir edə biləcəyini iddia edir və ABŞ-ın Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsini tənqid edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO