sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu sülhə töhfə vermir - Zeya

18-07-2024, 12:06 21 dəfə baxılıb

Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu sülhə töhfə vermir - Zeya


Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu  regional sülhə və sabitliyə töhfə vermir.

Bunu İrəvanda səfərdə olan  ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya   Ermənistanın KTMT ilə əlaqələrini şərh edərkən deyib.

"Ermənistanın KTMT-yə üzvlüyü Ermənistan-Amerika hərbi əməkdaşlığının dərinləşməsinə maneədirmi?" sualını cavablandıran  Zeya bildirib ki,  KTMT-yə üzvlük məsələsi  Ermənistanın müstəsna  hüququdur və biz bu qərara hörmət edirik. "Qeyd etməliyəm ki, müdafiə və mülki təhlükəsizlik məsələlərində əməkdaşlığımız dərinləşməkdə davam edir və Ermənistan KTMT-nin üzvü olaraq qalır. Son  olaraq qeyd edim ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun regional sülhə və sabitliyə töhfə verdiyinə dair heç bir arqument yoxdur”, - Zeya  qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO