sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Bu gün Avropanı “uşaqlar” idarə edir - Karin Knaysl

25-03-2024, 14:22 19 dəfə baxılıb

Bu gün Avropanı “uşaqlar” idarə edir -  Karin Knaysl


Almaniyanın xarici işlər naziri Annalena Berbok və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen özlərini 13 yaşlı yeniyetmələr kimi aparırlar. Avropanı belə “uşaqlar” idarə edir. 

Bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl “Rossiya-1” telekanalına müsahibəsində deyib.

"Yaşlarından asılı olmayaraq, onlar böyüklər deyillər. Xanım Ursula fon der Leyen yetkin bir insan kimi davranmır, bütün hərəkətlərinin nəticələrini sonadək düşünmür.  Nəticədə bugünkü yanaşma inanılmaz dərəcədə emosional, sadəcə uşaq hərəkətlərinə çevrilib", - Knaysl qeyd edib.

Almaniya XİN başçısı Annalena Berbok haqqında isə bunları qeyd edib: "Mən onlara yeniyetmələr deyirəm, çünki onlar mənə qapını çırpıb otağına kilidlənən, özlərini xarici dünyadan bağlayan 13 yaşlı uşaqları xatırladırlar. Onlar həqiqətən 13 yaşlı uşaqlara bənzəyirlər və bu, problemdir. Beləliklə, bu gün Avropada kimsə ilə danışmaq istəyəndə, həqiqətən, tərəfdaş seçməkdə çətinlik çəkirsən".

Onun sözlərinə görə, artıq Avropada Jak Şirak kimi alicənab insanlar, əsl cənablar və xanımlar  yoxdur.

O hesab edir ki, bu gün  Fransa və Almaniya kimi böyük Avropa ölkələrində bütün siyasi sistem tam pozulmayıb. "Siyasi mənzərəni məhv edən Emmanuel Makron olub. Nəticədə siyasi mənzərədə boşluq yarandı”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO