sonnoqte.az
Xəbər başlıqları
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 
  • 12:29 – Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb 
  • 11:59 – İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb 
  • 11:21 – İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edir - YENİLƏNİB 

İbrahim Kalın: Bakı Qarabağda yaşayan ermənilərə bu təminatı verir

26-04-2023, 13:21 101 dəfə baxılıb

İbrahim Kalın: Bakı Qarabağda yaşayan ermənilərə bu təminatı verir


“Əgər diaspor həqiqətən Ermənistanda yaşayan erməniləri düşünürsə, bu prosesə daha konstruktiv töhfə verməlidir”.

“Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərlə bağlı Azərbaycanın verdiyi bir çox təminatlar da ciddi qarşılanmalıdır: “Onların həyat və əmlakları ilə bağlı Azərbaycan elə təhlükəsizlik modeli təklif edib ki, biz bunu sülh prosesinin əsas sütunlarından hesab edirik”.

Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına  gəldikdə İbrahim Kalın deyib: "Qarabağ Azərbaycandır! Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir və burada fərqli mənalar əlavə etmək prosesə töhfə verməyəcək".

Azərbaycanla Ermənistan arasındakı sülh sazişi ilə bağlı məsələyə mövqeyini açıqlayan İ.Kalın bildirib ki, imzalanacaq sülh sazişi iqtisadi cəhətdən daha çox Ermənistanın xeyrinə olacaq və onun Türkiyə ilə münasibətlərinə təsir edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO