sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Rus turistin paylaşımı baha başa gəldi: Ukrayna hamısını bir-bir güllələdi - FOTO

23-08-2022, 09:02 149 dəfə baxılıb

Rus turistin paylaşımı baha başa gəldi: Ukrayna hamısını bir-bir güllələdi - FOTO


Rusiyanın Ukraynaya aylarla davam edən hücumu nəticəsində Donetsk bölgəsində qarşıdurmalar şiddətlənərək müharibə Krıma da sıçrayıb.

Xarici xəbər verir ki, Ukrayna 2014-cü ildə Rusiyanın nəzarətinə keçən bölgədə pilotsuz təyyarələr və raketlərlə silsilə hücumlar həyata keçirib. Ukraynanın bölgədəki Rusiya hədəflərini necə vurduğu günlər sonra üzə çıxıb.

Ukrayna Müdafiə Nazirliyi Krımda Rusiya hava hücumundan müdafiə sistemlərinin bölgədə istirahət edən rusiyalı turistlə əvəz edildiyini açıqlayıb.
Nazirliksözügedən turistin  S-400 sistemləri qarşısında fotosunu paylaşaraq məlumatı sosial şəbəkələrdən əldə etdiyini bildirib.

Daha əvvəl bölgədəki turistləri evə getməyə çağıran Ukrayna nazirliyi sözügedən turistə təşəkkür edib.
 “Bəlkə biz rus turistlərə qarşı çox sərt davranırıq. Bu adam həqiqətən bizə kömək etdi”-açıqlamada qeyd edilib.

Naməlum rus turistin bu paylaşımı Rusiyada da böyük əks-səda doğurub. Bir çox sosial media istifadəçisi kişinin bu fotonu məkan məlumatı ilə paylaşmasını “axmaqlıq” kimi şərh edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO