sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Donbasdakı döyüşün başa çatacağı vaxt açıqlandı: Rusiyanın dayanacaq yeri - ISW

21-07-2022, 09:57 141 dəfə baxılıb

Donbasdakı döyüşün başa çatacağı vaxt açıqlandı: Rusiyanın dayanacaq yeri - ISW


Rusiyanın Donetsk bölgəsində hazırda davam edən hücumu E40 magistralının şimal-şərqində Donbasda məhdud irəliləyiş təmin edə və Slovyansk və ya Baxmutun işğalı ilə başa çata bilər.

Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

ISW-nin məlumatına görə, rus qoşunları son bir neçə həftə ərzində Slovyansk istiqamətində ciddi irəliləyiş əldə edə bilməyiblər və bütün Donetsk vilayətində kiçik və nisbətən əhəmiyyətsiz yaşayış məntəqələri uğrunda yerli döyüşlərdə öz hücum döyüş gücünü azaltmağa davam edirlər.  

Xüsusən də, rus qoşunları Lisiçanskı ələ keçirdikdən sonra Severski almağa çalışsalar da, iyulun 20-nə kimi hələ də şəhərə çatmayıblar.

Həmçinin qeyd edilir ki, rus işğalçıları Baxmuta birbaşa hücum edə bilmədilər və onun şərqində və cənubunda kiçik yaşayış məntəqələri uğrunda döyüşlərdə əsasən bataqlığa düşdülər.

Slavyansk üzərində irəliləyiş cəhdləri dayandırıldı və bir neçə həftə ərzində əhəmiyyətli irəliləyiş əldə olunmadı.

“Qısa əməliyyat fasiləsindən sonra işğalçıların aktiv hücumunun bərpası hələlik əhəmiyyətli irəliləyişlərə səbəb olmayıb. Baxmayaraq ki, qüvvələrin bərpası yaxın günlərdə məhdud uğur gətirə bilər. Rusiya qoşunları hazırda nisbətən az məskunlaşan və açıq ərazilərdə çətinliklə irəliləyir”, – ISW-nin hesabatında deyilir.

ISW-nin proqnozlaşdırdığı kimi, Rusiya qüvvələri Slovyansk və Baxmut ətrafında E40-a yaxınlaşdıqca ukraynalı müdafiəçilər üçün daha əlverişli olacaq ərazi ilə qarşılaşacaqlar.
Nəticədə Rusiyanın Donbasdakı hazırkı hücumu, ehtimal ki, yaxın həftələrdə E40 boyunca haradasa kulminasiya nöqtəsinə çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO