sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Lavrov Putinlə Zelenski arasında görüşün şərtlərini açıqlayıb

9-06-2022, 09:00 193 dəfə baxılıb

Lavrov Putinlə Zelenski arasında görüşün şərtlərini açıqlayıb


Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş imkanı yalnız Moskva və Kiyev arasında danışıqlar prosesi bərpa edildikdən sonra yaranacaq. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. 

“İlkin olaraq danışıqlar qruplarının işini bərpa etmək lazımdır”, - Lavrov  deyib.

Lavrovun sözlərinə görə, Ukrayna lideri Rusiya ilə danışıqlara “qeyri-ciddi yanaşma” nümayiş etdirir. “Zelenski görüş xatirinə görüş istəyir, onun üçün həftədə yeddi cümə günü olur. O, bunu dəfələrlə bəyan edib ki, onlar danışıqları yalnız bizim öz kontingentimizi fevralın 24-dəki vəziyyətə uyğun xəttə çəksək, bərpa edəcəklər.” Bu, tamamilə qeyri-ciddi yanaşmadır. Üstəlik bu, Ukrayna nümayəndə heyətinin özünün martın 29-da burada, İstanbulda irəli sürdüyü təşəbbüslərlə tamamilə ziddiyyət təşkil edir” - Lavrov qeyd edib.

Nazir əlavə edib ki, Ukrayna aprelin ortalarından bəri Kiyevlə saziş layihələrinin Rusiya variantına cavab verməyib. “Top, demək olar ki, iki aydır ki, ukraynalıların tərəfindədir. O vaxtdan bəri heç bir rəy almamışıq”, - Lavrov deyb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO