sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Rusiya neftinə yeni alternativ: Venesuela ilə ticarətə icazə verildi

6-06-2022, 11:32 177 dəfə baxılıb

Rusiya neftinə yeni alternativ: Venesuela ilə ticarətə icazə verildi


İtalya və İspaniyanın neft şirkətləri "Eni SpA" və "Repsol SA"  Rusiya xam neftini əvəzləmək üçün Venesuela neftindən istifadə edə bilər.

Reuters xəbər verir ki, Venesueladan neftin nəqlinə gələn aydan başlana bilər. 

"Eni" və "Repsol"un alacağı neftin həcminin böyük olmadığı və qlobal neft qiymətlərinə ciddi təsirin gözlənilmədiyi deyilir.  Venesuelanın dövlət neft şirkəti "PDVSA" ilə birgə müəssisələri olan iki Avropa enerji şirkəti xam yükləri ödənilməmiş borclara və gecikmiş dividendlərə hesablaya bilər.

İddialara görə, ABŞ Dövlət Departamenti iki şirkətə tədarükləri bərpa etmələri üçün razılıq verib. Bayden administrasiyası Venesuela xam neftinin Rusiyadan asılılığı azaltmağa və Venesuela yüklərinin bir hissəsinin Çindən göndərilməsinə yardım edəcəyinə ümid edir. 

Eləcə də, ABŞ Maliyyə Departamentinin Venesueladan yığılmış milyardlarla dollar borcları müqabilində neft alacağı deyilir.

Xatırladaq ki, 2017-ci ilin avqustunda Tramp administrasiyası "PDVSA"-ya qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO