sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

“ASAN xidmət” mərkəzlərinin şəbəkəsi genişlənir

2-02-2022, 12:02 262 dəfə baxılıb

“ASAN xidmət” mərkəzlərinin şəbəkəsi genişlənir

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dinamik inkişaf edən Azərbaycan müasir çağırışlarla səsləşən innovativ təşəbbüsləri ilə dünyanın diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun "ASAN xidmət" mərkəzləri Azərbaycanda innovativ islahatlar sahəsində əsl yenilik oldu. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə, fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə, bürokratik əngəlləri, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halları aradan qaldırmağa imkan verib. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur ki, bu vətəndaş məmnunluğuna səbəb olub.
Prezident cənab İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri zamanı 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə salması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Gəncədə fəaliyyətə başlayan ikinci ASAN Xİdmət Mərkəzi ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir.
Bir sözlə, "ASAN xidmət" mərkəzlərində vətəndaşların müraciətlərinə daha qısa zaman kəsiyində baxılması, onlara daha səmərəli xidmətlərin göstərilməsi və dövlət xidmətlərinin sadələşdirilməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət" qısa müddətdə uğur qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub.

Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO