sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

DİN-dən minalarla bağlı vətəndaşlara xəbərdarlıq

25-11-2021, 10:28 153 dəfə baxılıb

DİN-dən minalarla bağlı vətəndaşlara xəbərdarlıq


"Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir".

"Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, işğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir: "Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər.

Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO