sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Hacı Şahindən təcavüzə din donu geyindirənlərə sərt reaksiya

2-11-2021, 09:38 184 dəfə baxılıb

Hacı Şahindən təcavüzə din donu geyindirənlərə sərt reaksiya


“Bu cinayət də nə qədər böyükdürsə, bunu dinlə, mənəviyyatla bağalamaq da bir o qədər böyük cinayətdir. Dini qaydalara görə bir kişi bir qadınla evlənirsə, o qadının uşağı həmin kişiyə həmişəlik haram olur. Onların evlənməsi ümumiyyətlə mümkün deyil”. 

Bunu Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın həmin şəxslə evləndirilməsi ilə bağlı səsləndirilən fikirlərin dinlə əlaqələndirilməsinin yanlış olduğunu bildirib.

Hacı Şahinin sözlərinə görə, hətta həyat yoldaşı dünyasını dəyişsə belə, həmin kişi o qadının övladı ilə heç vaxt evlənə bilməz:

“Necə öz doğma qızı ona haramdırsa, eyni şəkildə atalıq hesab edilən insanın həyat yoldaşının qızı ilə evlənnmısi mümkün deyil. 

Heyrətə gəlirəm ki, bu kimi qeyri-insani əməlləri ilahi dinlə necə əlaqələndirmək olar. Deyirlər ki, o adam dini məzmunlu bir-iki paylaşım edib. Bilirsiniz, indi dəb düşüb. Çirkin, eybəcər mahiyyətə sahib olan insanlar din arxasında gizlənir və insanların inancımıza olan hörmətindən istifadə etmək üçün bu kimi yaramaz insanlar özünü dindar kimi təqdim edir. Halbuki mən də maraqlanmışam. Deyirlər ki, rayondakı insanların həmin şəxsə qarşı münasibəti əvvəldən yaxşı olmayıb, ümumiyyətlə dindar kimi tanınmayıb.  Dinin adının bu məsələlərdə hallanması kökündən yanlışdır. Din bu kimi əməlləri qadağan edir. Bu, insanlığa, elementar mənəviyyata, əxlaq ziddir. Heç bir dində bu kimi əmələ bəraət qazandırılmır”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO