sonnoqte.az
Xəbər başlıqları
  • 11:16 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB 
  • 09:59 – İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub 
  • 09:55 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu 
  • 11:03 – Prezident Bakıda yeni salınan parkda - FOTOLAR 

Rahim Ağayev: İndi isə Azərbaycan xalqı olaraq öhdəmizə düşən əsas məsələ 44 günlük həmin şanlı zəfər tarixini gələcək nəsillərə də aşılamaqdır

30-09-2021, 13:14 345 dəfə baxılıb


SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Rahim Ağayev  - Hər şeyin başladığı həmin o 27 sentyabr gecəsindən artıq bir il ötür. Naməlumluğa açılan səhər. Səhər yuxudan durursan və 21-ci əsrin ən böyük KİV-inə daxil ola bilmirsən. İlk olaraq bunun internet şəbəkəsi ilə əlaqədar problem olduğunu düşünürsən, başa düşəndə ki bu belə deyil, həyəcanlanırsan. Hazırlaşırsan və işlərinin ardınca evdən çıxırsan. Qulaqdan-qulağa gəzən “müharibə başlayıb” xəbərlərini eşitməyə başlayırsan. Həyəcan, panika və qəhər səni ələ alır, ilk olaraq inanmırsan.

Amma son günlərdə ehtiyatda olan hərbiçilərin təlimlərə çağırılması, ölkənin müxtəlif bölgələrində, ərazilərində müddətli vətən borcunu tamamlamış gənclərin yenidən adlarının hallanması, iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə ölkənin vətəndaşlarının ayağa qalxması, könüllü olaraq hərbi xidmətə hazır olanların siyahısının hazrlanması kimi hallar şübhələrini qüvvətləndirir. Qorxursan, inamsızlıq deyil bu qorxu, nə də uduzmaq qorxusu deyil. 90-cı illərdə baş vermiş özbaşınalıqlar, haqsızlıqlar, arxadan vurulan zərbələr gəlir gözünün önünə, dost görünümündə olan düşmənlər. Tarix kitablarından oxuduğun vəhşilikləri xatırlayırsan, həmin illərin video görüntüləri, foto şəkilləri..... Və sənə elə gəlir ki, bu SONdur.

Günlər keçir və artıq əminsən, 27 il sonra körpə ikən ata-baba yurdundan analarının qucağında qaçan qurtulan körpələr, xalqımızın igirdoğulları, rəşadətli ordumuz qalxıb ayağa və müharibə başlayıb. İlk əvvəllər sosial şəbəkələrə olan qadağalar mənasız gəlirdisə hər bir vətəndaşa, günlər keçdikcə hamı anlamağa başlayır ki, bu ən düzgün atılmış addımdır. Ali baş komandan, cənab prezident tərəfindən təsdiqlənmiş bu addımın atılmasında ən ali məqsəd əsgərlərimizin, keşiyimizdə duranların təhlükəsizliyini təmin etmək imiş. Mənfur düşmənlərimiz ermənilərin təkcə cəbhədə deyil, eləcə də cəbhə arxasında hücumları ordumuzun cəsarətli, qorxmaz igidlərini hədəf alıbmış.

44 günlük müharibə... 27 illik həsrətin 44 günə yekunlaşması. Əslində bu 44 günün pərdə arxasında uzun-uzun illər, siyasi, fiziki, psixoloji, hərbi hazırlıq durur. 44 günə igid əsgərlərimizin qanları, anaların-ataların, onları evdə gözləyən ailələri, balalarının gözyaşları ilə tarixə qazıdığı şanlı zəfərimizin söykənəcəyi ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında ölkəmizin iqtisadi, sosial, siyası və hərbi qüdrətinin yüksəldilməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyətinin cənab prezident tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bugün biz düz 27 ildir qanayan yaramızı sarıya bilmişik.

Bəli, bu bizə heç də asan başa gəlmədi. Yüzlərlə şəhid, minlərlə qazi, arxada qalan gözü yaşlı valideynlər, balalar. Bugün biz bir il sonra həmin şanlı 44 günü qürurla anmağa hazırlaşırıqsa bunu cəsarətlə, düşmənin düz gözünün içinə baxaraq vuruşan, geri çəkilməyən, hər dəfə daha da istiqrarlı şəkildə önə gedən şəhidlərimizə, qazilərimizə borcluyuq və həmçinin onların arxasında layiqincə duran millətimizə, onları düzgün siyasi strategiya ilə yönləndirən ali baş komandana borcluyuq.

Biz, Azərbaycan xalqı məhz elə bugünlərdə bir-birimizə o qədər bərkdən sarıldıq, o qədər möhtəşəm dəstək olduq, arxa cəbhədə də o qədər uğurla savaşdıq ki, qaçınılmaz qələbəni biraz da əlçatan etdik. Biz hamımız əlbir olmuşduq, heç bir tapşırıqsız, heç bir yönləndirməsiz. İçimizdə illərdir qanayan yara, bizə illərdir aşılanan vətənpərvərlik hissi o qədər dərindən yaxalamışdı ki, hər birimiz, ən kiçikdən ən böyüyünə hər birimiz nə iləsə dəstək olmağa can atırdıq. O buz kimi soyuq havalarda, dağların zirvəsində döyüşən əsgərlərimizə, ordumuzun fəxarətli oğullarına dəstək olmaqdan qürur duyurduq. Evindəki əşyalarını yığıb göndərənlər, pal-paltarla soyuqda vuruşanlara dəstək olanlar, çörəyini bişirib, yeməyini hazır edib, zənbil-zənbil ərzaq-azuqə yardımı edənər, yalnız öz oğluna, öz qohumuna deyil, bacardıqca çox əsgərə çataq deyə ölkəlikcə yardım toplayıb gedib orda öz canını da təhlükəyə atmağa hazır olub əsgərlərə çatdıranlar. Hələ yalnız sosial-müavinatla dolanan bir qocanın aylığını əsgərlərə dəstək üçün ayırmasına nə deməli? Əgər bunun adı insanlıq, vətənpərvərlik, birlik deyilsə də nədir? Başqa adı yoxdur bunun. Bu əsl vətənpərvərlikdir, bu əsl insanlıqdır, bu vicdandır, bu sədaqətdir, bu qələbəyə inamdır. Bu birləşmiş DƏMİR YUMRUQdur.

Zəfər paradında prezident İlham Əliyevin də dediyi kimi: "Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz daha da güclü olmalıyıq və nəyi, nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. "

İndi isə bizə düşən Azərbaycan xalqı olaraq 44 günlük həmin şanlı zəfər tarixini gələcək nəsillərə də aşılamaq, tökülən qanların hər damlasını daima xatırlamaqdır. Bu vətəni müharibə şəraitindən azad edib bizə əmanət etmiş şəhidlərimizə, qazilərimizə Poladlara, Xudayarlara, Orxanlara, Turallara, bütün hər birinə bizim vəfa borcumuz var. Ömrümüz yetdikcə onların əmanətini layiqincə qoruyub saxlamalı, balalarına dayaq durmalı, atasızlığın yarasını qürurla, vətən eşqi ilə əvəzləməliyik. Onlar hər biri bizim onların atalarına, qardaşlarına, oğullarına olan minnətdarlığımızı duymalı, hər zərrələrinə qədər hiss etməlidirlər. Onlar anlamalıdırlar, onlar hiss etməlidirlər ki, bu vətənin hər bir vətəndaşı, fərqi yoxdur o Azərbaycanda yaşayır və ya ölkə xaricində, fərqi yoxdur, cavandır yoxsa qoca, uşaqdır ya böyük - Azərbaycan xalqının hər bir nümayəndəsi etdikləri cəngavərliklərə görə bütün şəhid və qazilərimizə ömür boyu minnətdardır.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO