sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

"Semaşko" xəstəxanası koronavirusa görə bağlandı

23-08-2021, 10:53 210 dəfə baxılıb

"Semaşko" xəstəxanası koronavirusa görə bağlandı


1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.

Qaynarinfo” xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahiyyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub.

"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb” deyə "Semaşko"dan Qaynarinfo-ya bildirilib.

Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:

"Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO