11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Toy, ad günü və kütləvi tədbirlərlə bağlı DİN-dən MÜHÜM AÇIQLAMA - VİDEO
12-04-2021, 10:29
200 dəfə baxılıb
Son günlərdə toy, ad günü və bu kimi digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı DİN–nin reydləri davam edir. Real TV xəbər verir ki, ötən həftə ərzində də belə halların sayı az olmayıb.
Yaranmış vəziyyətlə bağlı DİN-nin Şöbə rəisi Elşad Hacıyev bir daha əhalini diqqətli olmağa çağırıb:
"Ölkə ərazisində restoran və kafelərdə kütləvi tədbirlərin, məclislərin, toy və digər tədbirlərin təşkili qadağan edilib. Bu qadağa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri çərçivəsində tətbiq edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları icra olunmalıdır.
Xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz tam əməl edilməlidir. Tibbi maskalaradan düzgün istifadəyə ciddi əməl edilməlidir. Açıq və qapalı məkanlarda, ictimai yerlərdə tibbi maskalardan istifadə edilməsi məcburidir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: