sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Evdən çıxmağa hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

25-02-2021, 10:03 210 dəfə baxılıb

Evdən çıxmağa hazırlaşan sürücülərə XƏBƏRDARLIQ


Bakının bəzi enişli və yoxuşlu ərazilərdə buzlaşma var.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib.

Onun sözlərinə görə, paytaxtın inzibati ərazisində bütün küçə və prospektlərdə DYPİ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Evdən çıxmağa hazırlaşan bütün sürücülərə müraciət edirik ki, istiqaməti dəqiqləşdirsin.

Ərazidə sürüşmə ehtimalı olduğunu düşünsünlər. Hazırda polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla, diqqətli hərəkət etməlidirlər.

Hazırda “20 Yanvar” ərazisindəki körpü, Biləcəri enişi, Sumqayıt istiqamətində olan Avtovağzalın yanı, ən hündür ərazi hesab olunan Yasamal, Tbrilisi prospekti, Ziya Bünyadov prospekti, Günəşli, III kənar dairəvi yollarda sürüşmə ehtimalı. İndiyə qədər Bakıda 26 yol qəzası qeydə alınıb”, - deyə Vaqif Əsədov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO