sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Azərbaycanın tikinti sektoru Qarabağın hesabına böyüyəcək - “Global Data”

10-03-2021, 10:19 251 dəfə baxılıb



2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək.

"Report" xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti çıxış edib.

Şirkət son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib.

"Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb", - deyə şirkətin açıqlamasında qeyd olunub.

"Azərbaycan hökuməti ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunu artırmağı, bu investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisini 2,6%-dən 4%-ə çatdırmaq və bununla da qeyri-neft sektorunu gücləndirməyi planlaşdırır", - deyə "Global Data"nın iqtisadçısı Deni Riçards bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO