sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Ülvi Quliyev: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə böyük Zəfərə gedən yola işıqlandırdı

2-09-2023, 09:47 91 dəfə baxılıb

QULİYEV Ülvi Zahid oğlu

Milli Məclisin deputatı Ülvi Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ülvi Quliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ülvi Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı Ülvi Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ona etibar edilən bütün işlərdə Ülvi Quliyev özünü doğruldub. Bizdə hörmətli Ülvi Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Milli Məclisin deputatı Ülvi Quliyev - Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəldilir, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı həyat şərait yaradılır.

Ülvi Quliyev: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə böyük Zəfərə gedən yola işıqlandırdı

İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçın rayonu da bərpa olunur, 31 il əvvəlki toy-büsatına qovuşur. Düşmənin cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır.

Vandal düşmənin Laçın şəhərini işğal etməmişdən əvvəl burada 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Artıq soydaşlarımızın rahat, təhlükəsizlik şəraitində yaşamaları üçün Laçında bütün infrastruktur yenidən qurulur. Bir sözlə, laçınlıların da öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir.

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında, mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak etmələri, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində, Zabux kəndində görülən işlərlə tanışlıqları onu göstərir ki, artıq bu torpaqların əsl sahibləri öz doğma yurdlarında firavan yaşayırlar.

26 avqust tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan laçınlılarla birlikdə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü”ndə Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı xüsusilə əlamətdar oldu. Bayram tədbirində çıxışı zamanı ölkə Prezidentimiz qeyd edib ki, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə böyük Zəfərə gedən yola işıqlandırdı. İşğaldan azad olan torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq tədbirləri, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin reallaşması ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu nümayiş etdirdi. Bəli, Azərbaycanın igid oğullarının qanı-canı bahasına azad edilən torpaqlarımızın yenidən qurulması, keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin gücündən, xalqımızın milli qürurla, milli ruhla bu torpaqlarda işıqlı gələcəyin qurulacağını nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO