sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

“Stimul Hospital” etibarlı və güvənli səhiyyə müəssisəsidir

23-06-2023, 09:56 72 dəfə baxılıb




     Hal-hazırda ölkəmizin ərazisində fəaliyyət göstərən özəl səhiyyə müəssisələri içərisində “Stimul Hospital”ın xüsisi rolu var desək, heç də yanılmarıq. Çünki, 24 may 2014-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev- 26C ünvanında fəaliyyət göstərən bu hospitalda çalışan peşəkar həkimlər, bu günə kimi neçə-neçə xəstələri həyata qaytarmış və onlara bir daha yaşamaq imkanı vermişlər. Qeyd edək ki, “Stimul Hospital”da cərrahiyyə, stasionar, təcili yardım, laboratoriya, sığorta şöbəsi, kardiologiya, terapiya, revmatologiya, hepatalogiya, pediatriya, nevralogiya, psxiatriya, oftalmologiya, otorinolarinqalogiya, endokrinalogiya, dermatalogiya, kosmetologiya, travmatalogiya, rentgen, USM, KT, MRT və s. kimi şöbələr fəaliyyət göstərir və bu hospitalda sadə, vip və luks palatalar var. Palataların hər biri lazım olan avadanlıqlarla ən yüksək səviyyədə təchiz olunmuşdur ki, bu da peşəkar həkimlərin, qayğıkeş kollektiv üzvlərinin xəstələrə yüksək səviyyəli xidmət göstərmələrinə hər cür imkan verir. Faktdır ki, bu hospitalın əsas missiyası tibbin ən son nailiyyətlərindən, texnika və texnalogiyalarından istifadə etməklə, ölkə əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərməkdən ibarətdir. Adicə bir faktı qeyd edək ki, 20 iyun 2023-cü il tarixdə saat 16:55 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi-12 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Məmmədli Ömər Rusif oğlu ağır kritik vəziyyətdə hemoraik şok, qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən yaralanması ilə “Stimul Hospital”da  çatdırılır. Xəstəni ilk qarşılayan Sərxan Abdullayev adlı şəxs olur ki, o, bu hospitalda xəstələri arabalarla qəbul şöbəsinə, palatalara, rentgen muayinə otağına və s. aparıb-gətirmək işi ilə məşğul olur. Xəstə qarın nahiyəsinin ön hissəsindən kəsilmiş-deşilmiş yaralar aldığından o, aldığı xəsarətlər səbəbindən çoxlu qan itirir və xəstəyə O(I)RH- qan qrupu lazım olur. Həmin vaxt ağır vəziyyətdə olan xəstəyə qan verən “Stimul Hospital”ın mühafizə şöbəsində çalışan polis əməkdaşı Anar Muradov olur ki, o, belə bir addımı ilə, məhz Ömər Məmmədlinin həyata qaytarılmasına imkan verir. Çox keçmir ki, xəstə təcili əməliyyat otağına qaldırılır və “Stimul Hospital”ın ümümi cərrahları Quluazər Sədrəddin oğlunun, Cümşüd Kazımovun, Gita Əkbərovanın və həkim- anestozoloq Aqşin İsayevin iştirakı ilə hemoraik şok əleyhi terapiya aparılması ilə bərabər, xəstədə təcili cərrahi əməliyyat da həyata keçirilir. Aparılan uğurlu cərrahi əməliyyat zamanı xəstənin daxili orqanlarındakı zədələnmələr aradan qaldırılır. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda Ömər Məmmədlinin vəziyyəti qənaətbəxşdir və onun həyatına olan təhlükələr tamamilə aradan qaldırılmışdır. Bu gün də xəstənin adekvat müalicələri davam etdirilir. Düzdür, müəyyən çəkilişlər həyata keçirib xəstənin ümumi durumu haqda ölkə ictimaiyyətini daha ətraflı məlumatlandırmaq istəsək də, müəyyən səbəblər üzündən bu yöndə cəhdimiz baş tutmadı.

    Bəli, “Stimul Hospital”ın həkimləri öz peşəkarlıqları ilə uğurlu cərrahi əməliyyat həyata keçirib bir Azərbaycan gəncini həyata qaytarırlar və onlar Ömər Məmmədlinin ailəsinə, yaxınlarına, bir sözlə bütün əzizlərinə yeni bir sevinc payı da bəxş edirlər. Bundan ən böyük xoşbəxtlik ola bilməz!. Hər kəs təsdiq edə bilər ki, belə bir xoşbəxtliyin bəxş olunmasına həm həkimlərin peşəkarlıqları, həm də “Stimul Hospital”da yaradılmış şəraitin varlığı əsas səbəb olur. Bu kimi səbəblər üzündəndir ki, adı çəkilən bu səhiyyə müəssisəsi hər bir uğurlu addıma görə, bu gün də adını dillər əzbəri edir və getdikcə də məşhurlaşır. Söz yox ki, bu hospitalın daha çox məşhur olmasına səbəb olan amillərdən biri də, həyata keçirilən idarəetmənin düzgün təşkili, kollektiv üzvləri arasında yaradılmış sağlam mühitin varlığı, peşəkar həkimlərin, digər peşə sahiblərinin, bir sözlə  qayğıkeş kollektiv üzvlərinin “Stimul Hospital”da çalışmalarıdır. İnanırıq ki, bu günə kimi uğurlu addımları ilə Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş edən, neçə-neçə ailələri sevindirən, özəl səhiyyə müəssisələri içərisində xüsusi rola malik olması ilə ad-san çıxaran və digər göstəriciləri ilə fərqlənən bu hospitalın uğurları getdikcə çox olacaq. Həm Ömər Məmmədlinin həyata qaytarılması, həm də bu ünvana üz tutan digər xəstələrin öz sağlamlıqlarını bərpa etmələri və s. onu söyləməyə əsas verir ki, həqiqətən də “Stimul Hospital” ən etibarlı, ən güvənli səhiyyə müəssisəsidir. Ona görə də kimsə sağlamlığına nail olmaq istəyirsə, o halda bu özəl səhiyyə müəssisəsinə üz tutması məsləhətdir. 

Ruslan







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO