sonnoqte.az
Xəbər başlıqları
  • 08:04 – Azərbaycan Prezidenti: Ermənistan bizdən üzr istəməlidir 
  • 12:27 – Prezident və xanımı Xocalı şəhərində 
  • 13:09 – İlham Əliyevlə xanımı “Crescent Mall”un açılışına qatıldı 
  • 11:33 – İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir 

Ruslan Əhmədov vəzifəsini şərəflə yerinə yetirir

2-06-2023, 12:14 96 dəfə baxılıb

Ruslan Əhmədov vəzifəsini şərəflə yerinə yetirir


Bərdə şəhər bələdiyyəsinin sədri Ruslan Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ruslan Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ruslan Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə şəhər bələdiyyəsinin sədri Ruslan Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Ruslan Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ruslan Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bərdə şəhər bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ruslan Əhmədov özünü doğruldub. Bizdə hörmətli Ruslan Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Bərdə şəhər bələdiyyəsinin sədri Ruslan Əhmədov - Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla bütün dünyaya dövlətimizin qüdrətli və sarsılmaz dövlət olduğunu sübut etdi. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş doğma torpaqlarımıza vətəndaşlarımız böyük sevgi və coşqu ilə qayıdırlar. Ölkə başçısı tez-tez azad olunan dədə-baba torpaqlarımıza səfərlər edir, orada görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olur. Ona görə ki, işğaldan azad olunan torpaqların dirçəldilməsi və doğma Qarabağın cənnətə çevrilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İşğaldan azad olunan doğma rayonlarımızdan biri də Laçındır. Məlum olduğu kimi, Laçın rayonu 1992-ci ilin mayında erməni işğalına məruz qalmışdı. 30 ilə yaxın müddətdə işğalda olan əzəli yurdumuz məhz cənab Prezidentimizin müdrik dipomatiyası nəticəsində Üçtərəfli Bəyanata əsasən düşməndən geri alındı. Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə və müharibədən sonrakı yəni, postmüharibə dövründə qazandığımız diplomatik uğurlar Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə Laçına səfər edib, Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Müstəqillik Günü ərəfəsində Prezidenti İlham Əliyevin tarixi torpaqlarımıza səfər etməsinin tarixi mənası vardır. Azərbaycanın ərazi bütövlüyü təmin olunub və müzəffər xalqımız üçün əbədi qürur duyulacaq hadisədir. Dövlətimizin başçısı görüşdə çıxış edib, bir sıra xüsusi tarixi məsələri diqqətə çatdırıb. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək.


Kamran İbrahimov: Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır

Düşmən işğal müddətində bizim əzəli torpaqlarımızda demək olar ki, bütün sahələr üzrə vandalizm siyasəti həyata keçiriblər. Üç onilliyi əhatə edən işğal dövründə Ermənistan və bir sıra xarici şirkətlər, həmçinin Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmaqla da təbii sərvətlərimizi talayıblar. O cümlədən Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə respublikamızın qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilib. Təbii ki, onlar beynəlxalq məhkəmə qarşısında cavab verməli, dəyən ziyanı təzminat formasında ödəməlidirlər. Görünən odur ki, bu gün beynəlxalq ədalət deyil güc əsas amil kimi rol oynayır. Hazırda Ermənistan Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən ibarət sülhü qəbul etməli və əsl tarixi həqiqəti təsdiq etməlidir. Əks təqdirdə cənab Prezident Laçına səfəri çərçivəsində qeyd etdiyi kimi olacaq. Biz harda istəsək sərhəd də orada olacaq. Hesab edirəm ki, bu söz Ermənistan siyasi rəhbərliyi üçün verilmiş xüsusi mesajdır. Ya davamlı sülhə gələcəklər, ya da öz məkirli planlarının qurbanına çevriləcəklər. Cənab Prezident Şanlı Zəfərdən ibarət tarixi ensiklopediya yazır. Bu ensikolpediyada təbii ki, ümumilkdə Cənubi Qafqaza aid bölmə də yer alıb. Əgər Ermənistan bu tarixin səhifələrində sülh və humanizm prinsipinə əsaslanan, tarixi ədaləti və reallığı qəbul edən xalq kimi yer almaq istəyirsə Azərbaycanın təklif etdiyi ədalətli və beynəlxalq normalara uyğun olan sülhü qəbul etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO