sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Bu avtomobillərə görə 3 il vergi ödənilməyəcək

18-01-2023, 12:07 105 dəfə baxılıb

Bu avtomobillərə görə 3 il vergi ödənilməyəcək


“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır. Bu yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.

"Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərinin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin xərcinin azaldılması baxımdan vacib idi", - deyə V. Bayramov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO