sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Aydın Mirzəzadə yenə paylaşımı ilə gündəm oldu

5-07-2022, 09:40 145 dəfə baxılıb

Aydın Mirzəzadə yenə paylaşımı ilə gündəm oldu


Milli Məclisin deputatı Aydın Mirzəzadənin ötən gün paylaşdığı status sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, deputat nəvəsi ilə birgə Səbail  rayonunda yerləşən parklardan birində qarşılaşdığı mənzərə barədə status yazıb.

“Nəvəmi Səbail rayonunda yerləşən parkların birinə gəzməyə çıxartmışdım. O, uşaq attraksionunda oynayarkən pilləkənin sol tutacağının laxladığını gördüm. Bu hansısa bir anda körpələr üçün problem yarada bilərdi.

Səbail rayon icra başçısının humanitar məsələlər üzrə müavini Kəmalə xanıma zəng edərək bu xırda problemi aradan qaldırmasını xahiş etdim.

Müəyyən vaxtdan sonra mənə şəkil göndərərək tutacağın bərkildildiyini bildirdilər”, - deyə deputat yazıb.

Daha sonra isə deputatın paylaşımı sosial şəbəkədə gündəm olub, izləyicilər tərəfindən qınanılıb.

Bir müddət sonra deputat yazdığı statusu silib. 



Qeyd edək ki, Aydın Mirzəzadə daha əvvəl də sosial şəbəkədə yazdıqları statuslarına görə istifadəçilər tərəfindən tənqid olunmuşdu. Belə ki, deputatın ad günü münasibətilə onu təbrik edən istifadəçilərin siyahısını paylaşması, həmçinin izləyicilərindən birinin elçilik mərasiminə qatılmasına dair statusu müzakirələrə səbəb olmuşdu. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO