sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

28-06-2024, 11:51 39 dəfə baxılıb

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır




 Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı Neftçala rayon mərkəzi xəstəxanasının baş həkimi Elman Quliyev digər insanlardan xarakteri ilə fərqlənir...

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan Neftçala rayon mərkəzi xəstəxanasının baş həkimi Elman Quliyev özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.

Elman Quliyev öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.  

Elman Quliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Elman Quliyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.  

Vətənpərvər ziyalımız Elman Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Elman Quliyevdə məhz bu amalda olan insanlardandır. 

Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Prezident  bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. Ölkə xaricində vətənpərvər oğullarla bərabər ölkə daxilində də öz xeyriyyəçi əməlləri ilə sadə, aztəminatlı ailələri sevindirə bilmişlər, məhz Elman Quliyev də bu insanlardandır. “Od öz kökü üstə bitər” deyirlər – bəli bu elədir. Araşdırmaçı jurnalist olaraq mən bunu təsdiq edirəm ki, Elman Quliyev ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətləri mövcuddur.

Belə olan halda, xeyriyyəçilik, təbii ki, əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir.  Mən Elman Quliyevin xeyriyyəçiliyin xüsusi “müdrikliyini”, onun cəmiyyət üçün əhəmiyyəti və dəyərini məhz bunda görürəm.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Elman Quliyevin böyük genetik irsin varisidir. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Elman Quliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO