sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Əməkdaşlıq üfüqləri genişlənir

29-05-2024, 15:18 29 dəfə baxılıb

Əməkdaşlıq üfüqləri genişlənir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Mərkəzi Asiya ölkələri ilə qurulan əlaqələrin getdikcə inkişaf etməsi çox mühüm strateji əhəmiyyətə malik siyasətin tərkib hissəsidir. Xüsusən bu regionun açar ölkəsi olan Tacikistanla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi cənab İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biridir.
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra hər iki Prezident mətbuata Bəyanatla çıxış ediblər. Qeyd edilib ki, bir sıra sahələr üzrə imzalanan müqavilə və sənədlər hər iki ölkə arasında yaxşı iqtisadi əlaqələrin, siyasi münasibətlərin göstəricisi hesab edilə bilər.
Ölkəmizin başçısı mətbuata Bəyanatında bildirib ki, “Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.”
Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdiyini və dəvətin qəbul olunduğunu diqqətə çatdıran ölkə başçısı bu beynəlxalq tədbirdə Tacikistanın aktiv iştirakını gözləyiri: “ Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.”
İki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalandığını bildirən cənab İlham Əliyev qeyd edib ki, “ Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”
Qeyd edək ki, Azərbaycan-Tacikistan mədəni əlaqələrinin çox qədim tarixi var. Qardaş tacik xalqı böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə tanışdır və onun əsərləri Tacikistanda həmişə populyar olmuşdur. Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. Bu günlərdə Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsini ikitərəfli münasibətlərdə mühüm hadisə adlandıran ölkə başçısı bildirib ki, bu, Azərbaycan tamaşaçılarına tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı vermişdir.
Həmişə olduğu kimi Tacikistan Respublikası ilə imzalanan sənədlər Azərbaycanın iqtisadi inkişafında və dövlətlərarası münasibətlərdə mühüm rol oynayacaqdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO