sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Salyan rayonunda iftar süfrəsi təşkil edilib

8-04-2024, 10:38 52 dəfə baxılıb



Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə iftar süfrəsitəşkil edilmişdir. Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov,  Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbəri Sənan Mənsimli, din xadimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasim rayonda fəaliyyət göstərən bölgə nahiyyə qazisi tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamış, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən söhbət açmış, insanlar arasında mənəvi paklığı tərənnüm etdirən bu müqəddəs ayda bütün duaların qəbul olunmasını diləmişdir.  Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov qarşıdan gələn Ramazan bayramı münasibətilə mərasimdə iştirak edənləri səmimi qəlbdən təbrik etmiş, müqəddəs ayın ölkəmizə uğur, bərəkət gətirməsini, bayrağımızın hər zaman yüksəklərdə olması arzularını ifadə etmişdir.  Bildirmişdir ki, artıq dövlətimiz Müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir.

Rayon rəhbəri torpaqlarmızın ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısını diqqətə çatdırmışdır.    

İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilmiş, onların ruhlarına dualar oxunmuşdur.



























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO