sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib -Fotolar

16-08-2023, 20:18 44 dəfə baxılıb

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib -Fotolar


Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şura üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və gənclər iştirak edib.

AİA.Az xəbər verir ki, iclası giriş sözü ilə açan İctimai Şuranın sədr müavini Sevda Quliyeva bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək.

Qeyd olunub ki, daxil olan müraciətlərin dəyərləndirilməsi, ehtiyacı olan insanlara sosial, hüquqi və digər sahələrdə məsləhətlərin verilməsi və bu müstəvidə onlara zəruri dəstəyin göstərilməsi, həmçinin monitorinqlərin keçirilməsi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi və digər təşəbbüslər hazırkı dövrdə icra olunacaq fəaliyyət planının əsas komponentləridir. Bu baxımdan həmin istiqamətlərdə müsbət nəticələrin əldə olunması üçün bütün fəaliyyətlərin qruplar və maraqlı tərəflər arasında əlaqələndirilmiş şəkildə həyata keçirilməsi olduqca vacibdir.
Cari ildə ictimai nəzarətin konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində və ictimai iştirakçılığın daha yüksək səviyyədə təmin olunmasında maraqlarını ifadə edən iclas iştirakçıları müzakirəyə çıxarılan məsələlərə dair fikir bildirib, hazırkı dövrdə aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürülüb.

Sonra İctimai Şuranın sədr müavini Elton Süleymanov Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edib.
İctimai Şuranın digər üzvləri Gülnarə Hacıyeva, Səxavət Əliyev çıxış edərək 2023-cü ilin ikinci yarısının tədbirlər planının həyata keçirilməsi barədə təkliflərini irəli sürmüşlər.
İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO