sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər -Fotolar

12-02-2023, 11:40 95 dəfə baxılıb

Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər -Fotolar


Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.

2023-cü il fevralın 6-da qardaş Türkiyənin Kahramanmaraş və digər 10 müxtəlif bölgəsində baş vermiş zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar Azərbaycan xalqını da sarsıtdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış və Rəcəb Tayyib Ərdoğana telefon zəngi etmişdir. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı vermiş, yaralananlara şəfa diləmişdir. Azərbaycan Prezidenti qeyd edib ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Həmçinin, cənab Prezident Türkiyənin ölkəmizdəki səfirliyinə gələrək yas dəftərinə kədərini ifadə etmişdir. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir və Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start vermişdir. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Özəl sektor da öz dəstəyini əsirgəmir. Bütün dövlət bu gün qardaş türk xalqının yanındadır. Bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Hörmətli Mehriban xanım Əliyeva da Türkiyədə baş vermiş zəlzələ xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirmiş, faciə zamanı həlak olanlara Allahdan rəhmət diləmiş, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.
Goranboylular da Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə dəstək kompaniyasına fəal qoşularaq, öz əllərindən gələnləri əsirgəmirlər. Rayonumuzun bütün yaşayış məntəqələrində dəstək kompaniyaları həyata keçirilir. Rayon İcra Hakimiyyəti başda olmaqla, bütün dövlət qurumları, xidmət sahələri, özəl sektorlar və bütün goranboylular maddi, ərzaq, dərman, geyim ləvazimatları və digər yardımlarla öz qardaşlarına dəstək olmağa çalışırlar. Bunlarla yanaşı, hazırda rayonda hər cür məişət şəraiti ilə təmin olunmuş və hər birində 12 nəfərin yaşaya biləcəyi, ümumilikdə 60 nəfər üçün nəzərdə tutulmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evləri hazırlanır. Bununla bağlı, rayon İcra Hakimiyyəti ilə “Container Baku” şirkəti arasında müvafiq müqavilə bağlanmışdır. Həmin evlər fevralın 14-də Kahramanmaraşa göndəriləcəkdir.
Goranboy RİH-nin başçısı hazırlanan modul tipli evlərlə yerində tanış oldu.
Canımız, Türkiyəmiz – Goranboylular da sizinlə birlikdədir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO