sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Moskva prospektində də avtobus zolağı təşkil edildi

12-11-2025, 16:00 15 dəfə baxılıb

Moskva prospektində də avtobus zolağı təşkil edildi


Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı təşkil edilib. 

Bu barədə AYNA-dan məlumat verilib. 

Bildirilib ki, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumat üçün bildiririk ki, sözügedən yol sahəsindən keçən müntəzəm avtobuslarla gün ərzində ümumilikdə 90.000-dən çox sərnişin daşınır. Xüsusi hərəkət zolağının təşkili ilə yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların marşrut üzrə rahat və vaxt itkisi olmadan hərəkəti təmin ediləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO