sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Putin: "Biz böyük müharibə istəmirik"

10-05-2022, 10:30 146 dəfə baxılıb

Putin: "Biz böyük müharibə istəmirik"


“Rusiya yeni qlobal müharibə istəmir”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin  İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətinin 77-ci ildönümü münasibətilə dünən Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında 9 May Qələbə Günü hərbi paradında çıxışı zamanı deyib. O, Ukraynada baş verənləri Qərbin Rusiyaya qarşı müharibəsi ilə müqayisə edib:

“ABŞ və NATO-dakı tərəfdaşları, xüsusən SSRİ-nin dağılmasından sonra bütün dünyaya öz mülkləri kimi baxmağa başladılar. Suveren və müstəqil Rusiya onların ssenarilərini qəbul edə bilmədi. Aramızda olan bütün ciddi fikir ayrılıqlarına və bir sıra problemlərə baxmayaraq, biz böyük müharibənin başlamasını istəmirik. Biz İkinci Dünya Müharibəsi kimi qlobal münaqişənin baş verməsini istəmirik”,- deyə o bildirib.

Rusiya lideri həmçinin Qərbə nüvə müharibəsi başlamaq niyyətində olmadığını işarə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO