sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Azərbaycan və Türkiyə arasında daha bir qardaşlıq layihəsi

6-09-2021, 09:52 195 dəfə baxılıb

Azərbaycan və Türkiyə arasında daha bir qardaşlıq layihəsi


Türkiyə ilə Azərbaycan arasında “Qardaş briqada” layihəsinə start verilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara həftəlik mətbuat konfransında bildirib.

Qeyd edilib ki, layihənin məqsədi ortaq fəaliyyət, təlim planlaşdırması və idarəetmənin uyğunlaşdırılmasıdır.

Vurğulanıb ki, Türkiyə Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistanın işğalından azad olunan ərazilərdə minatəmizləmə işlərini davam etdirir. Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Ordusunun modernləşdirilməsi və təlim fəaliyyətini dəstəkləyir.

P.Kaya deyib ki, hazırda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müvafiq heyətlərinin birgə təlim və tədrisi davam edir. Biz “Bir illər, iki dövlət” şüarı ilə kədərli gündə də, sevincli gündə də daim bərabər olmuşuq. Bundan sonra da haqlı mübarizəsində bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında olacağıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO