sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Ceyhun Bayramov BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak edəcək

24-08-2023, 08:29 69 dəfə baxılıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak edəcək


BMT Baş Assambleyasının 78-ci yüksəksəviyyəli həftəsində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak “Report”un ABŞ bürosuna açıqlamasında deyib.

Sözçü bildirib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası sentyabrın 19-da Nyu-York şəhərində, BMT-nin mənzil qərargahında öz işinə başlayacaq.

Həmin gün BMT Baş Assambleyasının hazırkı rəhbəri, macarıstanlı diplomat Çaba Korosi 77-cı sessiyaya yekun vuracaq. BMT Baş Assambleyasının yeni sessiyasına Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Denis Fransis rəhbərlik edəcək.

BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksəksəviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Həftədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Həftə ərzində Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, enerji böhranı və digər aktual məsələləri müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO