sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Ermənistanda ən ağıllı adam Paşinyandır? - Görünəni odur ki...

13-01-2023, 15:30 112 dəfə baxılıb



Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini təhlükəli açıqlamalardan çəkinməyə çağırıb. Hökumətin iclasında çıxış edən Paşinyan Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası fonunda bölgədəki ermənilərin hadisələrə daha təmkinli yanaşmasının, baş verənləri analiz etməsinin önəmli olmasından danışıb. O, Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırıb.

Azad Vətən Partiyasının sədri Akif Nağı "Şərq"ə açıqlamasında deyib ki, bəzi hallarda Ermənistan Baş naziri Nikol Paşinyan mövqeyində dəyişiklik olduğunu, yumşaq yanaşma sərgilədiyni, özünü razılığa gələn tərəf kimi göstərməyə çalışır. Ancaq bir müddət sonra tamamilə əks mövqe ortaya qoyur: "Paşinyan mövqeyini tez-tez dəyişdirdiyi, siyasi manevrlər etdiyi üçün Azərbaycan cəmiyyətində, ekspertlərin nəzərində adətən qeyri-stabil, etibarsız tərəfdaş kimi xarakterizə olunur. Hesab edilir ki, Paşinyana bel bağlayaraq, hansısa addım atmaq imkansızdır.

Buna rəğmən, baş nazirin bəzi məqamları obyektivə yaxın formada dilə gətirməsi, Qarabağla bağlı həqiqətləri etiraf etməsi normal qarşılanır. Görünən odur ki, zaman keçdikcə Paşinyan Azərbaycanın mövqeyi ilə razılaşır, razılaşmaq məcburiyyətində qalır. Müəyyən məqamları birbaşa deməsə də, üstüörtülü açıqlamalarla, yarımhəqiqətlərlə real prosesləri dəyərləndirir.

Məsələn, hökumətin iclasında dedi ki, "Naxçıvanla Azərbaycanın əlaqəsi vacibdir". Əlbəttə, bu məsələ Zəngəzur dəhlizi ilə əlaqəlidir. Paşinyan "Zəngəzur" sözü işlətməsə də, dolayı yolla bu məsələyə diqqət çəkir. Qarabağ ermənilərinə çağırışı da göstərir ki, Laçın yolundakı dinc aksiyaya baxışı müxalifətdən fərqlidir.

Şübhə yox ki, baş nazir reallıqları dərk edir və ara-sıra bunu dilə gətirir. Hesab edirəm ki, Paşinyan erməni ictimai rəyini də hazırlamağa çalışır. Məhz o səbəbdən bənzər açıqlamalarla gündəmə gəlir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO