sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

Vasif Talıbov YAP-dan da çıxarılır?

12-01-2023, 09:40 143 dəfə baxılıb

Vasif Talıbov YAP-dan da çıxarılır?


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvlüyündən də çıxarıla bilər. 

Qaynarinfo xəbər verir ki, Ali Məclis sədri postundan istefa verəndən sonra hakim partiyanın Naxçıvan MR təşkilatının sədrliyini da itirən Vasif Talıbovun İdarə Heyətində saxlanılacağı inandırıcı görünmür. 

Təcrübə göstərir ki, hakimiyyət komandasında uzaqlaşdırılan məmurlar adətən YAP-dan da kənarlaşdırılır. Bu addım xüsusilə, cəmiyyətdə mənfi reputasiyaya malik məmurlarla bağlı atılır. Korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçıları və digər məmurların YAP-dan çıxarılması buna nümunə ola bilər. 

Vasif Talıbov da bu kateqoriyaya aid məmurlardan hesab edilir. Hər halda istefasından dərhal sonra haqqında media orqanlarında tənqidi materialların yer alması onunla bağlı proseslərin hələ davam edəcəyini göstərir. 

YAP-dakı mənbələr də hesab edir ki, Vasif Talıbovun artıq hakim partiyanın üst qurumlarında təmsilçiliyi məqsədəuyğun sayılmır. Korrupsiya və müxtəlif qanunsuzluqlarda ittiham edilən, barəsində demək olar ki, hər gün yeni-yeni neqativ faktların dərc olunduğu Vasif Talıbovun YAP-ın rəhbərliyində təmsil olunması hakim partiyanın nüfuzuna xələl  gətirə bilər. Ona görədə keçmiş "xan"ın yaxın vaxtlarda YAP-ın İdarə Heyətindən də uzaqlaşdırılacağı gözlənilir. Ehtimal olunur ki, bu, onun "könüllü” istefası ilə baş verəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO