sonnoqte.az
Xəbər başlıqları
  • 13:51 – İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2 
  • 09:44 – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 
  • 09:30 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 09:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 

Azərbaycan və Çexiya əməkdaşlıq üzrə yeni sənədlər imzalayacaqlar

6-08-2022, 11:08 154 dəfə baxılıb

Azərbaycan və Çexiya əməkdaşlıq üzrə yeni sənədlər imzalayacaqlar


Çexiya və Azərbaycanın məsul dövlət qurumları hazırda iki ölkə arasında sosial təminat, səhiyyə və gənclər sahələrində əməkdaşlığı daha yaxşı tənzimləyəcək yeni sənədlərin mətnləri üzərində danışıqlar aparırlar.

Bu barədə Trend-ə Çexiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Hesab edirik ki, danışıqlar yaxın gələcəkdə başa çatacaq ki, bu da əlaqələrimizin hüquqi bazasını əhəmiyyətli dərəcədə genişləndirəcək, ən əsası isə insanlar arasında təmasları, Çexiya ilə Azərbaycan arasında təcrübə mübadiləsini dərinləşdirəcək”, - deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Çexiya iki ölkənin nümayəndələri arasında yüksək səviyyəli görüşlərin sayını artırmaq istəyir.

“Bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərovun rəhbərlik etdiyi kənd təsərrüfatı sahəsi üzrə ekspertlərdən ibarət nümayəndə heyəti Çexiyada səfərdə olub. Bu tendensiyanın gələcəkdə də davam edəcəyinə inanırıq”, - deyə XİN-dən bildirilib.

Nazirlikdən bildirilib ki, Çexiyanın Aİ Şurasında sədrliyinin təşəbbüsü ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi oktyabrın 17-18-də Praqada Azərbaycanın iştirakı ilə “Şərq Tərəfdaşlığı: Geoiqtisadi Çağırışlar və İmkanlar” biznes forumu təşkil edəcək.

“Əməkdaşlığın perspektivləri genişdir. Onların əsasında iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq dayanır”, - deyə Nazirlikdən əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO