sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Ürək xəstəliklərinin qarşısını alan MƏHSULLAR

22-02-2021, 08:54 268 dəfə baxılıb

Ürək xəstəliklərinin qarşısını alan MƏHSULLAR


Çay və alma ürək xəstəliklərinin qarşısını ala bilər.
E-tibb.az bildirir ki, İngiltərədə aparılan genişmiqyaslı araşdırmalar çay içməyin və alma yeməyin ürək xəstəliklərinin qarşısını ala biləcəyini ortaya çıxarıb.

Nəticələri "Scientific Reports" jurnalında dərc olunan araşdırma çərçivəsində, Norfolkdakı Avropa Xərçəng Tədqiqatı çərçivəsində 20 ildən çox müddətdə təqib olunan 25618 insanın qidalanma vərdişləri qiymətləndirilib.

Reading və Kembric universitetlərinin mütəxəssisləri də daxil olmaqla beynəlxalq tədqiqat qrup tərəfindən aparılan araşdırma, iştirakçıların menyusunda flavanol olduğunu hesablayıb. Tədqiqatda kakao, çay, qoz-fındıq, giləmeyvə və alma kimi flavanolla zəngin qidaların qan təzyiqini aşağı salaraq ürək xəstəliklərinin qarşısını ala biləcəyi müşahidə edilib:

"Araşdırmamızda, flavanol qəbulu ilə aşağı qan təzyiqi arasındakı əhəmiyyətli  bir əlaqəni görməkdən məmnun olduq. Bu araşdırma qidalanma ilə bağlı əvvəlki araşdırmaların nəticələrini təsdiqləyir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO