sonnoqte.az
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib 
  • 13:02 – Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib 
  • 13:48 – İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO 
  • 12:24 – Prezident: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir” 

Prezidentin hədiyyə etdiyi evi satan xalq artistləri…

11-08-2022, 12:09 121 dəfə baxılıb

Prezidentin hədiyyə etdiyi evi satan xalq artistləri…


Prezident İlham Əliyevin hədiyyə etdiyi evi satan xalq artistlərinin adı məlum olub.

Bu barədə qaynarinfo-ya xalq artisti, aktyor Tariyel Qasımov məlumat verib. Onun sözlərinə görə, xalq artistləri, mərhum sənətkarlar Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana verilən evlər də satılıb:

"Prezident bizə - xalq artistləri Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana və mənə, dördümüzə bir vaxtda ev hədiyyə etmişdi. Həmin evi satdım. Prezidentin verdiyi evi tək mən satmamışam. Habil Əliyev birinci satdı, onun da ardınca Siyaviş Aslan. Yaşar Nuri isə elə orderi satmışdı. Mən də satıb pulunu yarısını verdim oğluma, gedib özünə maşın aldı. Bir maşın da mən aldım, yerdə qalan pula da özümə ev aldım. İndi evim "Neftçilər”dədir. Bundan əlavə, Ağstafada da ev tikdirdim”.

Tariyel Qasımov özünü əla hiss etdiyini deyib:

"Bir az da arıqlamışam, arıq olsam da, canım sağdır. Hazırda rayondayam, yığışmışıq Ağstafanın yaşlı adamları ilə bir yerə, nərd oynayırıq. Hamısı da gözəl insanlardır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO