sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Azərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTO

23-12-2021, 08:43 258 dəfə baxılıb

Azərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTO


Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “Kia Rio” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində “Kia Rio” markalı maşının sərnişini 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.

S. Vəliyev Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, leytenantdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO