sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Saatlıda ər arvadını qətlə yetirib

26-05-2021, 13:00 189 dəfə baxılıb

Saatlıda ər arvadını qətlə yetirib


Saatlı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 7-nə təyin olunub.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Saatlı rayonunun Orta Muğan kəndində kənd sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqla qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO