sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Yevlaxda əməliyyat keçirilib, saxlanılanlar var - FOTO

27-03-2021, 12:26 248 dəfə baxılıb

Yevlaxda əməliyyat keçirilib, saxlanılanlar var - FOTO


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı bir bükümdə heroin aşkar olunaraq götürülüb. 

 
H. Mustafayevin narkotiki əldə etdiyi şəxs də müəyyən edilib. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev saxlanılıb. Onun üzərinə baxış zamanı heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.

Aparılan genişmiqyaslı tədbirlər nəticəsində A.Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, bir ədəd naqan tipli revolver və ona məxsus patron, bir ədəd qaz tapançası, ona məxsus iki ədəd qaz balonu və 30 ədəd patron, bir ədəd xəncər və üç ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
 
Saxlanılan hər üç şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO