sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Xidmətdən narazı qalan müştəri kafeyə qumbara ilə hücum etdi

18-01-2023, 12:03 94 dəfə baxılıb

Xidmətdən narazı qalan müştəri kafeyə qumbara ilə hücum etdi


Tərtərdə kafeyə müştəri qismində gələn şəxs xidmətdən narazı qaldığı üçün içəri qumbara ilə hücum edib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də gecə saatlarında şəhər ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və  pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.

Araşdırmalarla məlum olub ki, həmin gün saat 23 radələrində Y.Hüseynov kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, S.Bayramovla mübahisə edib. Əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes” markalı avtomobilin şüşələrini, sona kafeyə qayıdaraq pəncərələri sındırıb. 

Faktla bağlı cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO