sonnoqte.az
Xəbər başlıqları
  • 12:10 – İlham Əliyev Rusiyada səfərdədir 
  • 09:18 – Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır 
  • 13:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 
  • 13:23 – İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” 

FHN əməkdaşlarının intim videoları ilə bağlı araşdırmalara başlanıldı - Baş Prokurorluq

17-08-2022, 10:00 108 dəfə baxılıb

FHN əməkdaşlarının intim videoları ilə bağlı araşdırmalara başlanıldı  - Baş Prokurorluq


Məlum olduğu kimi, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları  yayılmışdır.  Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO