sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

“Location” klubdakı partlayışla bağlı məhkəmə başlayır

5-07-2022, 09:30 173 dəfə baxılıb

“Location” klubdakı partlayışla bağlı məhkəmə başlayır


Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı istintaq başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, iş üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. İş üzrə 52 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Təqsirləndirilən şəxslər isə klubun meneceri Orxan Səfərli,  administrator Rəsul Rəsulov və FHN-in ərazi inspektoru Ruslan Məmmədovdur.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 34 nəfər yaralanıb. 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO